Kabulda partlayışda 4 əsgər yaralanıb

18 Noyabr 2019 09:47 (UTC+04:00)

Kabulda partlayış nəticəsində 4 əsgər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi açıqlayıb. Məlumata görə, intiharçı özünü hərbi təlim mərkəzinin yaxınlığında partladıb. Bununla yanaşı iki partlayışın da baş verdiyi söylənilir.

Hadisənin baş verdiyi ərazidə yolların bağlandığı vurğulanır.