Türkiyə XİN Şimali Kiprin bayrağının yandırılmasını qətiyyətlə pisləyib

18 Noyabr 2019 08:07 (UTC+04:00)

Kipr Sülh Hərəkatının 36-cü ildönümü ərəfəsində adanın yunan tərəfində Şimali Kiprin (ŞK) bayrağının yandırılmasını qətiyyətlə pisləyir və bu məsələdə ŞK-in rəsmi mövqeyini dəstəkləyirik.

SİA Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu fikir Şimali Kipr bayrağının adanın yunan tərəfində yandırılması ilə bağlı açıqlamada əks olunub. Təəssüflə qeyd olunur ki, Cənubi Kipr rəhbərliyi törədilən xoşagəlməz və nifrət yaradan hadisəni qınamayıb. Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir.

Bildirilir ki, BMT-nin baş katibinin son hesabatında da qeyd edildiyi kimi Yunan Kipri və Yunanıstan tərəflərinin adadakı gərginliyi daha da sərtləşdirən hərəkətdən çəkinəcəklərini gözləyirik.