Ukraynanın Xarkov vilayətində silah-sursat anbarında baş verən partlayış nəticəsində 3 hərbçi həlak olub

18 Noyabr 2019 04:35 (UTC+04:00)

Ukraynanın Xarkov vilayətinin Balakleysk rayonunda silah-sursat anbarında baş verən partlayış nəticəsində 3 hərbçi həlak olub.

SİA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, partlayış zamanı xəstəxanaya yerləşdirilən daha 4 hərbçisinin vəziyyəti ağırdır.

Baş verən partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.