AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb

17 Noyabr 2019 19:21 (UTC+04:00)

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus yığmasına 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb.

SİA xəbər verir ki, Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Almanlar 1972-ci ildən indiyədək bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.

Qeyd edək ki, Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi olublar.