“17 noyabr – Milli Dirçəliş Günüdür” adlı kitab sərgisi açılıb

17 Noyabr 2019 16:23 (UTC+04:00)

Noyabrın 17-də Milli Kitabxanada "17 noyabr – Milli Dirçəliş Günüdür" adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildiriblər ki, sərgidə Azərbaycan xalqının milli istiqlal mübarizəsinə, dövlətçilik tariximizə dair Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablar, dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək