Sumqayıt gimnastika üzrə ilin sonuncu yerli yarışlarına ev sahibliyi edib

17 Noyabr 2019 09:12 (UTC+04:00)

Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunub. Sumqayıt Olimpiya İdman kompleksi dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edib. SİA-nın verdiyi məlumata görə, kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı biçinçiliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı, aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı biçinçiliyi üzrə yarışlar keçirilib.

Yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də mübarizə aparıblar.