Bir həftədə Türkiyədə 1943 nəfər qanunsuz miqrant saxlanılıb

16 Noyabr 2019 15:04 (UTC+04:00)

Son bir həftə ərzində Türkiyədə 1943 nəfər qanunsuz miqrant saxlanılıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, ölkədə qanunsuz miqrantlarla mübarizə məqsədilə son bir həftə ərzində 61 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 1943 miqrant və onlara kömək edən bir nəfər saxlanılıb.