Qanunsuz ov edənlər saxlanıldı

16 Noyabr 2019 10:28 (UTC+04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İ.Rufullayev və S.Rüstəmov, bir nəfər isə Lənkəran sakini S.İsmayılov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.