DƏHŞƏT:Oğul atasını qətlə yetirdi

15 Noyabr 2019 22:11 (UTC+04:00)
Gəncədə dəhşətli cinayət hadisəsi qeydə alınıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Dəmiryolu, 6 ünvanında qeydə alınıb. İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu qətlə yetirib. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb olunub. Hazırda qətlin hansı səbəbdən baş verdiyi məlum deyil.