Ukraynada silah anbarı partlayıb

15 Noyabr 2019 19:29 (UTC+04:00)

Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub. Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib. Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.