“Aygün” poemasının avtoqrafları əsasında hazırlanan kitab işıq üzü görüb

15 Noyabr 2019 16:06 (UTC+04:00)

Bu günlərdə vurğunşünas Səfiyyə Xanbabayevanın Azərbaycanın görkəmli şairi Səməd Vurğunun “Aygün” poemasının avtoqrafları əsasında hazırladığı kitab işıq üzü görüb. SİA-nın məlumatına görə, avtoqraflar əsasında yazılan müqəddimədə və izahlarda əsərin yaranma səbəblərindən tutmuş, onun son mükəmməl variantına qədər keçdiyi təkmilləşdirmə prosesinin bütün mərhələləri təqdim və izah olunur - əsərin yaranma prosesi həm əyani olaraq göstərilir, həm də şərh edilir. Bu da oxuculara və tədqiqatçılara S.Vurğunun yaradıcılıq laboratoriyasına daxil olub, əsər üzərində necə işlədiyini müşahidə etməyə imkan verir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çapdan çıxan kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırova və Nəzakət Qafqazlıdır.

S.Xanbabayevanın “Aygün” poemasının nəşrə hazırlanması istiqamətində gördüyü işlər həm elmi-tekstoloji fəaliyyətində, həm də bütövlükdə vurğunşünaslıqda xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bu nəşrə qədər poemanın avtoqrafları, şairin poema üzərində işi, ümumiyyətlə əsərin tarixçəsi, demək olar ki, öyrənilməmiş, ona bu səviyyədə izah və qeydlər yazılmamışdı.

Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy “Aygün” poemasının tənqidi mətni haqqında bəzi qeydlər” adlı “Ön söz”də qeyd edir ki, S.Xanbabayeva bu nəşri hazırlamaqla “Səməd Vurğunun “Aygün” poemasının ilk variantları üzərində necə işləmişdir” sualına tam və hərtərəfli cavab verib. Suala cavab vermək üçün isə ondan “vurğunlaşmaq” tələb olunurdu. Bu mürəkkəb vəzifənin öhdəsindən gəlmək üçün də ona S.Vurğunu yetişdirən ədəbi-mədəni və siyasi mühiti – şairin bioqrafiyası və bütövlükdə yaradıcılığını tarixi kontekstdə incəliklərinə qədər öyrənmək, başqa sözlə, mühit-müəllif-mətn əlaqələrini üzə çıxarmaq lazım gəlib: “S.Vurğunun yaradıcılığını, xüsusilə də onun “Aygün” poemasını uzun illər tədqiq edən, şairin şəxsiyyətinə böyük sevgisi və ehtiramı olan Səfiyyə xanım vurğunlaşa bilib. Sanki, S.Vurğun “Aygün”ün sətirlərini yazdığı zaman” S.Xanbabayeva da onun yanında olub, şairin əsər üzərində işini öz gözləri ilə görüb, etdiyi dəyişikliklərin səbəbini müəllifin özündən eşidib. Çünki, onun poemaya

Bu günlərdə vurğunşünas Səfiyyə Xanbabayevanın Azərbaycanın görkəmli şairi Səməd Vurğunun “Aygün” poemasının avtoqrafları əsasında hazırladığı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, avtoqraflar əsasında yazılan müqəddimədə və izahlarda əsərin yaranma səbəblərindən tutmuş, onun son mükəmməl variantına qədər keçdiyi təkmilləşdirmə prosesinin bütün mərhələləri təqdim və izah olunur - əsərin yaranma prosesi həm əyani olaraq göstərilir, həm də şərh edilir. Bu da oxuculara və tədqiqatçılara S.Vurğunun yaradıcılıq laboratoriyasına daxil olub, əsər üzərində necə işlədiyini müşahidə etməyə imkan verir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çapdan çıxan kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırova və Nəzakət Qafqazlıdır.

S.Xanbabayevanın “Aygün” poemasının nəşrə hazırlanması istiqamətində gördüyü işlər həm elmi-tekstoloji fəaliyyətində, həm də bütövlükdə vurğunşünaslıqda xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bu nəşrə qədər poemanın avtoqrafları, şairin poema üzərində işi, ümumiyyətlə əsərin tarixçəsi, demək olar ki, öyrənilməmiş, ona bu səviyyədə izah və qeydlər yazılmamışdı.

Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy “Aygün” poemasının tənqidi mətni haqqında bəzi qeydlər” adlı “Ön söz”də qeyd edir ki, S.Xanbabayeva bu nəşri hazırlamaqla “Səməd Vurğunun “Aygün” poemasının ilk variantları üzərində necə işləmişdir” sualına tam və hərtərəfli cavab verib. Suala cavab vermək üçün isə ondan “vurğunlaşmaq” tələb olunurdu. Bu mürəkkəb vəzifənin öhdəsindən gəlmək üçün də ona S.Vurğunu yetişdirən ədəbi-mədəni və siyasi mühiti – şairin bioqrafiyası və bütövlükdə yaradıcılığını tarixi kontekstdə incəliklərinə qədər öyrənmək, başqa sözlə, mühit-müəllif-mətn əlaqələrini üzə çıxarmaq lazım gəlib: “S.Vurğunun yaradıcılığını, xüsusilə də onun “Aygün” poemasını uzun illər tədqiq edən, şairin şəxsiyyətinə böyük sevgisi və ehtiramı olan Səfiyyə xanım vurğunlaşa bilib. Sanki, S.Vurğun “Aygün”ün sətirlərini yazdığı zaman” S.Xanbabayeva da onun yanında olub, şairin əsər üzərində işini öz gözləri ilə görüb, etdiyi dəyişikliklərin səbəbini müəllifin özündən eşidib. Çünki, onun poemaya yazdığı izahlar faktlarla o dərəcədə əsaslandırılıb ki, onlar S.Vurğunun özünün açıqlamaları kimi səslənir”.

Səfiyyə Xanbabayeva “Səməd Vurğun “Aygün” poemasının ilk variantları üzərində necə işləmişdir” adlı müqəddiməsində əsər barədə öz fikirlərini bölüşüb. Tədqiqatçı avtoqraflarına istinadən S.Vurğunun bu əsər üzərində üç il – 1949-1951-ci illərdə işlədiyi və əsəri beş variantda (“Gəlin”, “Ana”, “Aygün”, “Ana”, “Aygün”) qələmə aldığını müəyyənləşdirib. Şair yaradıcılıq prosesində mövzunun əhatə dairəsini genişləndirərək bir çox ictimai, etik-estetik məsələlər qoyub.

Səriştəli mətnşünas Səfiyyə Xanbabayevanın “Aygün” poemasına yazdığı izahların Səməd Vurğunun əsərlərinin hazırlanacaq akademik nəşrində mötəbər qaynaqlar kimi yer alacağı və vurğunşünaslığın bu mənbədən sıx-sıx istifadə edərək daha da zənginləşəcəyi şübhəsizdir.

yazdığı izahlar faktlarla o dərəcədə əsaslandırılıb ki, onlar S.Vurğunun özünün açıqlamaları kimi səslənir”.