Xuraman Şuşalı dördüncü dəfə ana oldu

15 Noyabr 2019 12:48 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı dördüncü dəfə ana olub. SİA-nın məlumatına görə, sənətçinin övladı bu gün dünyaya gəlib.

Xuraman bir müddət əvvəl açıqlamasında qızı doğulacağını bildirmişdi. O, övladına Məryəm adını qoyacağını söyləyib.

Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Şuşalının 3 övladı var idi.