Ülviyyə verilişdən getdi

15 Noyabr 2019 17:24 (UTC+04:00)

"Tərz +" verilişində aparıcı dəyişikliyi olub. SİA-nın məlumatına görə, layihənin aparıcısı Ülviyyə Xəlilbəyli sözügedən layihədən ayrılıb.

Bu haqda aktrisanın özü məlumat verib: "Bu həftədən etibarən "Tərz +"un aparıcısı mən olmayacağam. Hamıya uğurlar".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli "Vicdan haqqı" serialından sonra məşhurlaşaraq, həmkarı Murad İsmayıl ilə ailə həyatı qurub.