Kərim: "Mənə hər mövzuda təkliflər edirlər"

15 Noyabr 2019 11:20 (UTC+04:00)

Müğənni Kərim Abbasov bəzi həmkarları haqda ilginc açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Haqqımda fikir bildirirlərsə, deməli, onlardan öndəyəm. Hər müğənnidən xəbərim var. Məni istəməyənləri də sosial şəbəkədə “like” edirəm ki, sevinsinlər”.

Sənətçi ona gələn təkliflərdən söz açıb: “Mesaj bölməmdə hər mövzuda təkliflər var. İstər yaşlı, orta nəsil, gənclər, kişilər, qadınlar hamısı yazır”.

Müğənni küsülü olduğu Natavanla bağlı da danışıb: “Natavanı İnstaqramda təzəlikcə izləməyə başlamışam. Şəkil bölüşmüşdüm, dedim ki, “darıxmışam” yazmışamsa, izləyim. Məni onu sevirəmsə, izləyirəm. Natavanı İnstaqrama görə tanımıram ki, məni izləməməyi xətrimə dəysin”.