İtaliya hökuməti Venesiyada baş vermiş sel ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib

15 Noyabr 2019 08:29 (UTC+04:00)

İtaliya hökuməti Venesiyada baş vermiş sel ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. Yağan yağışlar və Adriatik dənizinin səviyyəsinin artması səbəbindən şəhəri su basaraq təhlükəli vəziyyət doğurub.

SİA xəbər verir ki, İtaliyanın Baş naziri Cüzeppe Konte şəhərdə vəziyyətin ciddi nəzarətə götürülməsi və ortaya çıxa biləcək xərclər üçün büdcədən 20 milyon avro ayrılması barədə göstəriş verib. Şəhərə əlavə xilasedici qüvvələr cəlb olunub. Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək.

Mütəxəssislərin proqnozlarına əsasən, suyun səviyyəsi qalxmaqda davam edəcək.