“Aller Zeitung” qəzeti "Yanardağ"dan bəhs edib

15 Noyabr 2019 03:47 (UTC+04:00)

Almaniyanın “Aller Zeitung” qəzetində dərc edilən “Yanardağ” başlıqlı məqalədə Azərbaycanın "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs olunur.

Məqalədə Azərbaycan Odlar diyarı kimi təsvir olunur, “Azar” sözünün “alov” mənasını verdiyi bildirilir. Bunun doğru olduğuna əmin olmaq üçün ölkənin şərqindəki Abşeron yarımadasına gəlməyin kifayət etdiyi nəzərə çatdırılır. Burada yerləşən dağın döşündəki on metrlik çatdan çıxan alovun üç metrədək hündürlüyə qalxdığı vurğulanır. Yanardağ ifadəsi haqqında məlumat verilir və bunun təbiət möcüzəsi olduğu, buradakı alovun qədim dövrlərdən etibarən yandığı qeyd olunur.