Futbol üzrə Çin yığma komandasının baş məşqçisi Marçello Lippi istefa verib

15 Noyabr 2019 00:09 (UTC+04:00)

Futbol üzrə Çin yığma komandasının baş məşqçisi Marçello Lippi istefa verib.

SİA xəbər verir ki, uğursuz çıxışı ilə diqqət çəkən komandasının bu gün DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsi çərçivəsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra mətbuat konfransı keçirən italiyalı mütəxəssis postundan ayrıldığını bəyan edib:

“Komandanın bu vəziyyətə gəlməsində çox böyük payım var. Çin yığmasındakı fəaliyyətimə son qoyuram”.

A qrupunda yer alan Çin yığması 4 oyuna topladığı 7 xalla ikinci sırada qərarlaşıb. Suriya isə 12 xalla liderdi.

Lippi 2016-cı ildən Çin millsini çalışdırır. İtaliyalı məşqçi Asiya Kubokunun 1/4 finalında mübarizəni dayandırdıqları üçün bu ilin yanvar ayında istefa vermişdi. Amma Çin Futbol Federasiyası may ayında 71 yaşlı mütəxəssisi yenidən millinin baş məşqçisi postuna gətirmişdi.