Pele: "Messi hazırda ən mükəmməl futbolçudur"

14 Noyabr 2019 21:30 (UTC+04:00)

Futbol üzrə Braziliya yığmasının tərkibində üçqat dünya çempionu olmuş, “futbol kralı” adlandırılan Pele deyib ki, indiki nəsil futbolçulardan İspaniyanın “Barselona”nın argentinalı hücumçusu Messi ilə meydançaya çıxmaq istərdi. Onun bu sözləri İtaliyanın “La Gazzetta dello Sport” nəşrində yer alıb.

Pele deyib: “Mən Messi ilə birlikdə oynamaq istərdim. O, təcrübəli oyunçudur, çox gözəl ötürmələri var, qollar vurur və driblinqə malikdir. Biz onunla rəqibləri meydançada bir yox, iki futbolçunun oyunundan həyəcanlanmağa vadar edə bilərik. Messi hazırda ən mükəmməl futbolçudur”.