Türkiyə 6 terrorçunu Berlinə göndərib

14 Noyabr 2019 20:03 (UTC+04:00)

Türkiyədə xarici vətəndaşlığı olan terrorçuları öz ölkəsinə qaytarmaq mərkəzində deportasiya işləri tamamlanan altı Almaniya vətəndaşı Berlinə göndərilib. AZƏRTAC xəbər verir ki, Almaniyaya deportasiya olunan terrorçulardan dördü qadındır. Qeyd edək ki, Türkiyə hökuməti əksəriyyəti İŞİD terror təşkilatının üzvləri olan terrorçuların ölkədən deportasiyasına başlayıb.