"Opalus Partners Group" şirkəti "HR Meetup" adlı tədbir keçirib

14 Noyabr 2019 15:37 (UTC+04:00)

"Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə "HR Meetup" tədbiri keçirilib. Silsilə şəkilində keçirilməsi planlaşdırılan "HR Meetup" görüşlərinin əsas məqsədi İnsan Resursları mütəxəssislərini bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq, ayrı-ayrı şirkətlərdə tətbiq edilən İR alətləri ilə tanış olmaqdır.

Bugünki tədbirin əsas mövzusu İR və rəqəmsallaşma oldu. Spikerlərimiz - Mədinə Paşayeva (SOCAR AQS), Sona Abbasova (PAŞA Bank), Faiq Musayev (Expressbank) və Samir Şalbuzov (PRONET) öz İR üzrə təcrübələrini paylaşıblar. Tədbir interaktiv formatı ilə yadda qaldı.

"Opalus Partners Group" tərəfindən növbəti "HR Meetup" tədbiri dekabr ayına planlaşdırır. Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “Opalus Partners Group” şirkəti İnsan Resursları barədə məsləhətlər almaq və qərarlar qəbul etmək istəyən müəssisələrə xidmət göstərir. Bu, “Opalus Partners Group”a müraciət edən müəssisə və təşkilatlara daha yaxşı, işgüzar qərarlar verməyə və daha yaxşı iş yeri qurmağa imkan verir.

Şirkətin əsas məqsədi öz təcrübəsindən yararlanaraq digər təşkilatlara İR funksiyası startapı, İR strategiyası yaratmağa yardım etmək, əmək haqqının idarə edilməsi, həvəsləndirici amillər planının hazırlanması və digər sahələr üzrə bir sıra korporativ təlimlər keçirməkdir.