“Lavrov həm erməni xislətini, həm də erməni mənşəli olduğunu sübut etdi” RƏY-ÖZƏL

14 Noyabr 2019 14:26 (UTC+04:00)

"Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik prinsiplərinə zidd olan bəyanatlar və açıqlama ilə çıxış etməsi sözsüz ki, onun ermənipərəs mövqeyindən irəli gəlir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, onun açıqlaması Helsinki yekun aktının 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinki də Avropada sülhə və əməkdaşlığa dair keçirilmiş konfransının əsas prinsiplərində dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılması prinsipinə tamamilə ziddir: "Bu həm də beynəlxalq hüququn davakar seporatizimlə bağlı müddəalarına da ziddir. Çünki beynəlxalq hüquq davakar seporatizimə qarşı mübarizənin zəruriliyini vurğulayır. Ermənistanda səfəri zamanı Sergey Lavrov separatçıları açıq aşkar müdafiə etdi və əli soyqırım yolu ilə azərbaycanlıların qanına batmış, bulaşmış quldur rejimi sanki mələk donunda təsvir etməyə çalışaraq, faktiki olaraq meydan oxuyucu bir mövqe tutdu və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyan fikirlər səsləndirdi. Sergey Lavrova bu qədər səlahiyyəti, belə bir mandatı kim vermişdir, demək söyləmək çətindir. Ən azından Rusiya xarici işlər nazirliyi və yaxuda ki, Kremlinin sözcüsü bununla bağlı bəyanat yaymalıdır, bir açıqlama verməlidir. Çünki Sergey Lavrov danışıqlar prosesinə ciddi əngəl yaradan, hətta onun davam etdirilməsini ciddi sual işarəsi altında qoyan təxribatçı bir addım atdı, bu addımla o həm erməni xislətini, həm erməni mənşəli olmasını sübut etdi, həm də bütövlükdə böyük bir dövlətin Rusiyanın xarici işlər naziri kimi deyil sanki Ermənistanın xarici işlər naziri kimi danışdı. Bu qalmaqal doğuran bir hərəkətdir. Azərbaycan tərəfi bu hərəkətin qarşısını almaq üçün Rusiyanın siyasi rəhbərliyi ilə ciddi danışıqlar aparmalı və bu məsələdə həmin ölkədən siyasi izahat istəməlidir. Əgər bu baş tutmasa Azərbaycan ATƏT-in siyasi rəhbərliyinə, digər iki həmsədr dövlətlərə müraciət etməli və onlarından da bu məsələ barədə izahat istəməlidir. Əgər məsələlər lazımı nəticə verməzsə bu məsələnin BMT səviyyəsində də qaldırılması vacib amillərdən biri sayılmalıdır. Çünki söhbət işğal edilmiş ərazilərimizdən və Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsinin gələcək taleyindən gedir".