Moralesdən dünyaya çağırış: Boliviyamızı xilas edək

14 Noyabr 2019 13:45 (UTC+04:00)

Boliviyanın eks-prezidenti Evo Morales BMT də daxil olmaqla beynəlxalq təşkilatlara, Avropa ölkələrinə və katolik kilsəsinə müraciət edərək, ölkəsində baş verən vəziyyətin dialoq yolu ilə həllində köməklik göstərmələrini xahiş edib. SİA xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.

“Mən BMT də daxil olmaqla beynəlxalq təşkilatları, Avropanın dost ölkələrini, eləcə də Roma papası Fransiskin rəhbərlik etdiyi katolik kilsəsi strukturlarını bizə birləşib, sevimli Boliviyamızdakı vəziyyəti dialoq yolu ilə xilas etməyə çağırıram. Zor tətbiq etmək ictimai həyatın sakitliyinə çox pis təsir edir”, Morales özünün “Tvitter” səhifəsində qeyd edib.