"“Azəriqaz”dan başqa heç bir quruma borcumuz yoxdur" İlham Mirzəliyev

14 Noyabr 2019 11:59 (UTC+04:00)

“Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən başqa heç bir quruma borc yoxdur. SİA-nın verdiyi məlumata görə, bu barədə YAP İcra Katibliyində keçirdiyi mətbuat konfrasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

O, təmsil etdiyi qurum uzun fasilədən sonra ötən il mənfəətlə işləməsinə də münasibət bildirib: “15 ildən bəri yığılmış borclarımız bir dəfəyə bağlandığı üçün bu hesabatımızda mənfəət kimi görünüb. Amma biz ziyanla işləyirik”.