Fransada azərbaycanlı mühacir saxlanılıb

14 Noyabr 2019 10:17 (UTC+04:00)

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb. SİA-nın məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb.

Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənilir.