Oğuzda kran aşıb, sürücü xəsarət alıb

13 Noyabr 2019 23:06 (UTC+04:00)

Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi "KamAz" markalı qaldırıcı kran avtomobilinin aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.