Türkiyə millisi ciddi itki ilə üzləşib

14 Noyabr 2019 00:14 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisi ciddi itki ilə üzləşib. Türkiyə mətbuatının yazdığına görə, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib. Bu səbəbdən onun Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə matçlarda oynamayacağı bildirilib. Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.