17 yaşadək futbolçularımız yunanlara uduzub

13 Noyabr 2019 22:05 (UTC+04:00)

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub. Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.



13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

17:00. Yunanıstan - Azərbaycan - 6:1
Qollar: Kristos Liatsos, 36 (1:0), Georgioz Koutsias, 44 (2:0), Kitsakis, 45+1 (3:0), Berkay Vardar, 62 (3:1), Kristopoulos, 74 (4:1), Kristos Liatsos, 84 (5:1), Georgios Surmis, 90+5 (6:1)
Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.