Slovakiyada ağır yol qəzası olub, 13 nəfər ölüb

13 Noyabr 2019 18:18 (UTC+04:00)

Slovakiyada baş vermiş ağır yol-nəqliyyat qəzasında azı 13 nəfər ölüb. Reuters agentliyi xəbər verir ki, paytaxt Bratislavadan 80 kilometr şimalda yerləşən Nitrat şəhərinin yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.

Slovakiya Yanğın və Xilasetmə Xidmətinin məlumatında qeyd olunur ki, yaralıların hamısı xəstəxanaya çatdırılıb. Polis qəzanın səbəblərini araşdırır.