Kaş səni görməyərdim

13 Noyabr 2019 17:36 (UTC+04:00)

Kaş kor olub dünyanın zülmətində qalardım,
Mən səni görməyəydim.
Lövbərimi ən uzaq bir limanda salardım,
Mən səni görməyəydim.
Sakit keçən ömrümə təzə bir dərd calandı,
Sönmüş sevgi ocağım atəşinlə nurlandı.
Eşqimə yoxsa cavab, korluq səadət imiş,
Niyə getdin həkimə, ay canı yanıb, ölmüş.
Ürəyimi açmağa dadıma çatmır dilim,
Məni Məcnun edəcək, bu sonda gələn sevgim.
Sanki sehrlənmişəm, baxammıram gözünə,
Mənim ehtiyacım var bircə kəlmə sözünə.
Yuxum çəkilib ərşə, başqa adam olmuşam,
Xoşbəxtliklə ölümün arasında qalmışam.

Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı