Venesiyada fəlakət: ölənlər var

13 Noyabr 2019 17:22 (UTC+04:00)

İtaliyanın şimal-şərqində su kanalları ilə məşhur olan Venesiya, güclü yağışlı hava şəraiti nəticəsində su altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Venesiya bələdiyyə başçısı Luigi Brugnaro su daşqınlarını “Fəlakət” olaraq adlandırıb. Hadisə nəticəsində çox sayda tarixi bölgə, ev və otellərin su altında qaldığı və iki nəfərin öldüyü açıqlanıb. Həyatını itirənlərdən biri evinin sular altında qalması ilə elektrik cərəyanı vurması nəticəsində ölüb. Digər şəxsin ölüm səbəbi isə hələlik məlum deyil. Suyun səviyyəsinin 145 santimetrə kimi yüksəldiyi, telefon xətlərinin sular altında qaldığı və bir çox ərazidə elektrik verilişinin dayandırıldığı bildirilib.