Qaregin Njdeyə olan nifrət artmaqdadır

13 Noyabr 2019 17:23 (UTC+04:00)

Vinoqradovun hərəkətləri millətlərarası gərginliyə səbəb ola bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistanın Rusiyadakı səfirliyi Armavirdə baş verən hadisədən dərin qəzəbini ifadə edib.
"Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradovun hərəkətləri bizim tərəfimizdən Erməni Apostol Kilsəsi ərazisindəki vandalizm və qanuni qaydaya zidd olan özbaşınalıq kimi qiymətləndirilir. Bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlərarası gərginliyə səbəb ola bilər", deyə səfirlik bəyanatında bildirib.
Xatırladaq ki, Armavir Şəhər Şurasının deputatı Aleksey Vinoqradov Erməni Apostol Kilsəsi ərazisinə girib və Qaregin Njdenin xatirə lövhəsini qara rəngli boya ilə boyayıb. Bu barədə infoteka24.ru saytında da məlumat verilib. Həmin məlumatda da qeyd edilib ki, deputat Vinoqradov dəfələrlə lövhənin söküləcəyi ilə bağlı vədlərin yerinə yetirilməyıcıyi təqdirdə bu məsələni müstəqil həll edəcəyini vəd edibmiş.
Göründüyü kimi, Qaregin Njde kimi bir terrorçuya xatirə lövhəsi qoyan ermənilər bir-birinin ardınca layiqli cavab almaqdadırlar. Qaregin Njdeyə olan nifrət artmaqdadır və erməniləri də narahat edən məhz budur. Çünki, Qaregin Njdenin xatirə lövhəsinə olan müsaibət elə terrorçu ermənilərə olan münasibətdir.