2020-ci il üçün yaşayış minimumunun məbləği açıqlanıb

13 Noyabr 2019 17:18 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimunun məbləği birinci oxunuşda təsdiq olunub.

Bu Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.