2020-ci il üçün ehtiyac meyarının məbləği məlum olub

13 Noyabr 2019 17:17 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar I oxunuşda qəbul edilib.