Anar Xəlilov: “Müxalifət gündəmdə qalmaq üçün yersiz hərəkətlərə əl atır” RƏY-ÖZƏL

13 Noyabr 2019 17:08 (UTC+04:00)

"Müxalifətin xalq tərəfindən hər hansı bir siyasi dəstəyi yoxdur ki, onlar özləri üçün nə isə edə bilsinlər". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, müxalifət təmsilçiləri gündəmdə qalmaq və diqqət mərkəzinə çevrilmək üçün yersiz hərəkətlərə əl atırlar: "Ümumiyyətlə, bu şəxslərin bu cür hərəkətlərə əl atması etik cəhətdən düzgün deyil. Yəni öz dövlətinə qarşı hər hansı xarici dövlətlərin maraqlarından çıxış etmək və öz dövlətinə qarşı mübarizə aparmaq və o dövlətə qarşı fəaliyyət göstərmək həm qanunvericiliyə ziddir, həm də etik cəhətdən yolverilməzdir. Söz yox ki, müxalifətin bu cür hərəkətlərə əl atması heç vaxt onlara baş ucalığı gətirən deyil. Əksinə onları daha da gözdən salır. Bununla belə, onların nə etməsindən və nə istəməsindən asılı olmayaraq, heç vaxt həmin şəxslərin ölkəmizlə bağlı pozucu planları baş tutmayıb və tutmayacaqdır. Ümumiyyətlə, bu kimi şəxslər belə yersiz hərəkətləri ilə gündəmə gəlmək və xarici qüvvələrə özlərini reklam etmək istəyir ki, qarşılığında maddi yardım alsınlar. Bu isə utanverici haldır".

GÜLYANƏ