Gülbahar Şükürlünün nəvəsi: “Nənəm o qədər danışdı ki, beynim getdi” VİDEO

13 Noyabr 2019 16:30 (UTC+04:00)

Verilişlərin birində maraqlı anlar yaşanıb. SİA-nın məlumatına görə, proqramda qonaq olan Əməkdar artist Gülbahar Şükürlünün nəvəsi Fəridə barədə süjet təqdim olunub.

Fəridə nənəsinin bilinməyən tərəflərini tamaşaçılarla bölüşüb: “İki nənəmin də adı Gülbahardı deyə, ona “Qarmon” deyirəm. Gələndə hədiyyələr alır, amma çoxdan olub deyə, yadımda deyil. Nənəmin qarmonuna toxunmuram, çünki vecimə deyil. Bəyənirəm, amma mənə marağımı cəlb etmir. Çox danışır. O qədər danışır ki, insanın yıxılmağı gəlir. Bir dəfə mavi koftalı dostu gəlmişdi. O qədər danışdı ki, beynim getdi.

Mənə “Fəlfəl” deyir. Amma mənim xoşum gəlmir. Normal şəkildə “Fəridə” desin, gül kimi adım var... Xahiş edirəm, mənə “Fəlfəl” deməsin, “Fəlfəl” nədir axı? Addır? “Qarmon nənəm” bir az xəsisdir. Şikayətçi deyiləm, amma mənə istədiyim şeyləri almır. Ən çox bacım Mədinəni çox istəyir. Səbəbini bilmirəm. Ola bilər ki, nənəm müsahibəmdən sonra məndən inciyər. Ona görə bəzi şeyləri kəsərsiniz. Nənəmin çoxlu toyları olur. Oradan bizə pullar gətirir”.