Paşinyan komandasında fikir ayrılıqları, parçalanmalar

13 Noyabr 2019 14:34 (UTC+04:00)

Hakim siyasi qüvvədə parçalanma hər gün daha da güclənir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, "Mənim addımım" partiyasında parçalanmalar, ayrılmalar hər keçən gün artır. “Mənim addımım” partiyasının lideri Lilit Makunsdan VETO ictimai-siyasi hərəkatına qarşı çıxmalarını, Soros Fondunun ofisini əngəlləməklə bağlı bəyanata qoşulmamalarını sual etdikdə, niyə partiyada belə bir yanaşma aparılır deyə soruşduqda partiya lideri uyğunsuz cavablarla deyilənləri gah təkzib edib, gah da bu suallardan yayınmaq üçün bəhanələrə əl atıb.
“Partiya bölgüsü də yoxdur, narazılıq da yoxdur. İnsan hüquqlarının müdafiəsi ilə bağlı daimi komissiyada bir sənəd müzakirə edilibsə də mən təfərrüatları bilmirəm, çünki mən Ermənistanda olmamışam", deyə L.Makuns cavab verib.
Bir ay keçdisə də, amma partiyanın 88 deputatından yalnız 22 deputat sənədi imzaladı deyən partiya lideri əslində, bununla fikir ayrılıqlarını, parçalanmaları təsdiq və etiraf edir.