"Mənşəyi məlum olmayan məhsulların reklamına nəzarət etmək yaxşı olardı”

13 Noyabr 2019 13:11 (UTC+04:00)

"Bəzən qida əlavələri, proteinlər və müxtəlif kimyəvi maddələrin özəl idman müəssiələrində kortəbii şəkildə istifadə olunması hallarına rast gəlinir". Bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, bundan əlavə, bəzən insanlara çəki azaltması üçün müxtəlif vasitələrdən kortəbii şəkildə istifadə reklam edilməsini görürük.

Deputatın sözlərinə görə, araşdırmalar göstərir ki, əslində bu vasitələrdən kortəbii istifadə ciddi xəstəliklərə, xüsusən də xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxarır: "Mənşəyi məlum olmayan dərmanlara, qida vasitələrinə və onların reklamlarına mərkəzləşdirilmiş şəkildə nəzarət etmək yaxşı olardı".