Abbas bığına görə tənqid olundu FOTO

13 Noyabr 2019 14:32 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, müğənni bığ saxlayıb. O, yeni imicdə olan şəklini sosial şəbəkədə yayımlayıb. Bağırov paylaşımına "Güman edirəm ki, yeni tərz bir az da olsa, yaraşıb" şərhini yazıb.

Onun sözügedən şəkli izləyicilər tərəfindən tənqidlə qarşılanıb. Onlar bığı Abbasa yaraşdırmayıblar.