Yaxın günlərdə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

13 Noyabr 2019 07:14 (UTC+04:00)

Noyabrın 12-də “Expo Cafe”də bütün dünyada İtaliya Mətbəxi Həftəsinə həsr olunmuş mətbuat konfransı olub.

SİA xəbər verir ki, Həftə noyabrın 18-dən 24-dək keçiriləcək.

Mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.

Həftənin əsas məqsədi İtaliya mətbəxini bütün dünyada təbliğ etməkdir.