“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib

13 Noyabr 2019 03:44 (UTC+04:00)

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

SİA şirkətin saytına istinadla xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.