Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

13 Noyabr 2019 00:59 (UTC+04:00)

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Goran-Goranboy yolunda qeydə alınmış qəza zamanı Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir.

Təfərrüatlar araşdırılır.