Ağstafada bıçaqlanma hadisəsi baş verib

12 Noyabr 2019 23:03 (UTC+04:00)

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.