Məhəmməd Fadel Al Hameli Bakıya gəlib

12 Noyabr 2019 22:37 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir. Qonaq Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala təqdimatda iştirak etmək üçün Azərbaycana gəlib.

Noyabrın 13-də Bakıda keçiriləcək qala təqdimatın başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.