Zaur Hüseynov Fuad Tağıyevi vəzifəsindən azad edib

12 Noyabr 2019 16:46 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.
Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra R.Qədəşovun müşavirə kimi əmək fəaliyyətini davam etdirəcək.

Aysel Məmmədova