Pərvin çəkiliş zamanı qeyri-etik ifadələr işlətdi VİDEO

12 Noyabr 2019 17:09 (UTC+04:00)

Müğənni Pərvin Lətifov çəkiliş zamanı qeyri-etik ifadələr işlədib. SİA-nın məlumatına görə, verilişlərin biri sənətçidən müsahibə alıb. Ondan jurnalist öncə toy qiymətini soruşub. İfaçı ona ünvanlanan "Talıb Tale toya yarım saatı 3 min manata gedir" sözlərinə "Mən 1000 manata gedirəm. Əcəb edir, hələ azdır, 5 min etməlidir. Talıba tələbat olmasa, o qədər qiymət qoyar? " cavabını verib.

Pərvin daha sonra son günlər şou-biznesdə aktiv olan "Həci" mövzusundan danışıb. O, "Notu bilmirlər, amma soruşanda Həci hansı maşını sürür, deyirlər. Sənin də, Həcinin də..." sözlərini işlədib.

İfaçının səsini proqram zamanı kəsiblər.