Məşhurlar konsert verdi FOTOLAR

12 Noyabr 2019 16:36 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsert zamanı Respublikanın Əməkdar artisti Mətanət İsgəndərli çıxış edib, gözəl mahnıları ilə tamaşaçıların könlünü oxşayıb.

Konsertdə Qocalar evinin sakinləri, məktəb direktorları və müəllimləri,səhiyyə işçiləri və kənd sakinləri tamaşaçı qismində iştirak ediblər.

Tədbirdə çıxış edən Rövşən Məmmədov da öz ifası ilə konsertə maraq qatıb. Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

* * *

Noyabrın 9-da Baş İdarənin təşəbbüsü ilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Bayraq Gününə həsr olunmuş daha bir konsert proqramı təqdim edilib.

Konsertin aparıcısı Ayaz Məmmədov konserti açıq elan edərək Elçin Cəfərovu səhnəyə dəvət edib. Tanınmış müğənni sevilən nəğmələri ilə qonaqlara şən əhval-ruhiyyə bəxş edib.

Konsertdə həmçinin rəqqasə “Səbinə” rəqs ansamblı gözəl rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.