“Qoca və Mələk” növbəti dəfə göstərilib

12 Noyabr 2019 17:17 (UTC+04:00)

Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” tamaşasını növbəti dəfə nümayiş edilib. SİA-nın məlumatına görə, rejissor Elnur Rzayevin quruluşunda izlənilən tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.