Komitə sədri: "Büdcədə hərbi xərclərin çoxalması obyektiv zərurətdən doğur"

12 Noyabr 2019 12:39 (UTC+04:00)

“Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri artır. Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha çox artacaq və hərbi xərclərin çoxalması da obyektiv zərurətdən doğur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, biz bu sahəyə bundan sonra diqqəti yönəldəcəyik: “Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan özünün həm müdafiə qabiliyyətini gücləndirməsi, həm özünün iqtisadi təhlükəsizliyini. həm də ölkənin iqtisadi gücünü artması və bu əsasla əhalinin keyfiyyətli yaşayaış səviyyəsini yüksəltmək istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.

Komitə sədri qeyd edib ki, bəzən xarici ekspertlər bizə irad tuturlar ki, siz büdcə xərclərini artırırsız: “Bizim mqəsədimiz orta müddətdə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır”