Xose Bernardo: “Bizi bıçaqlayan qardaşımın sevgilisinin keçmiş əridir” VİDEO

12 Noyabr 2019 09:13 (UTC+04:00)

Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub. SİA-nın məlumatına görə, verilişlərin birində açıqlama verən aparıcı hadisənin evlərinin qarşısında baş verdiyini bildirib: "Axşam saatlarında evdə olarkən qardaşım Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşitdim. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu gördüm. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur”.

Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb: “Bıçaqlayan şəxs qardaşımın indiki sevgilisinin keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib”.

Bəzi KİV-də və sosial şəbəkədə hadisənin Pirallahı rayonunda yerləşən restoranlardan birində, tərəflərin içkili vəziyyətdə baş verdiyi yazılsa da, Xose Bernardo bu məlumatın əsassız olduğunu deyir: “Hadisə evimizin qarşısında baş verib. Heç həmin günü restoranda olmamışıq. Biz içki içən deyilik. Nə mən içirəm, nə də qardaşım. Elə bir şey olmayıb”.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.