Dəməşqdəki Livan səfirliyində partlayış olub

12 Noyabr 2019 08:39 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşqdə Livan səfirliyində partlayış olub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər həyatını itirib, altı nəfər yaralanıb.

Yerli "SANA" xəbər agentliyi qurbanların artacağını istisna etməyib.

Hələlik partlayışın səbəbləri və kim tərəfindən törədildiyi barədə məlumat verilmir.